Bəs tabutda dəfndən əvvəl və ya sonra ölənin ayılması fiziki, tibbi olaraq mümkündürmü?
Demokrat.az “Medicina”ya istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Piroqovski Universitetinin nəzdində fəaliyyət göstərən M.Lopuxin adına Anatomiya və Morfologiya İnstitutu və məhkəmə-tibb eksperti Aleksey Reşetun buna aydınlıq gətirib.
“Letargiya yuxusu deyilən bir şey yoxdur. Bunlar hər cür xalq əfsanələri və nağıllardır. Meyit dəyişikliklərini qeyd etmək üçün çox mərhələli sistem var və canlı olduğu güman edilən şəxsin meyitxanaya düşmə ehtimalını praktiki olaraq aradan qaldırır.
Təbii ki, biz 100% istisna edə bilmərik ki, ola bilər çox ucqar ölkədə, kənddə sistem yoxdur, ekstremal şəraitdə tibb işçisi ölüm faktını tam dəqiqləşdirə bilməyib və ya həmin yerdə həkim yoxdur.
Ölüm aşağıdakı şəkildə təsdiqlənir.
Təcili tibbi yardım briqadasının tibb işçiləri ölüm əlamətlərini müəyyənləşdirirlər. Digər şeylərlə yanaşı, ürək fəaliyyəti göstərməyən elektrokardioqramma da çəkirlər. Eyni zamanda, onlar erkən meyit dəyişikliklərini, yəni əzələ sərtliyini, meyit ləkələrini və digər əlamətləri aşkarlayırlar.
6Mənbələr
-
milli.azTabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr ( 16841163)
-
news24.azTabutda oyanmaq mümkündürmü – Həkimdən açıqlama ( 16837053)
-
demokrat.azTabutda oyanmaq mümkündürmü — Həkimdən açıqlama ( 16805423)
-
bakivaxti.azTabutda oyanmaq mümkündürmü? – Həkimdən açıqlama ( 16803457)
-
medicina.azTabutda oyanmaq mümkündürmü– Həkimdən açıqlama ( 16803145)
-
publika.azMeyit tabutda oyana bilir? ( 16719817)