AZ

Pakistan-Hindistan sərhədində atışma

BAKI, 27 aprel. TELEQRAF

Hindistan və Pakistan sərhəddində üçüncü gecədir ki, atışma davam edir.

Teleqraf xəvər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Nəşr Hindistan Ordusuna istinadən bildirir ki, Pakistan əsgərləri aprelin 27-nə keçən gecə Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca Hindistan sərhəd postlarını atəşə tutub.

Hindistan atəşə görə Pakistanı günahlandırır.

Həmçinin Hindistan hakimiyyəti bir neçə bölgədə reydlər keçirir, terror fəaliyyətində iştirak etdiyinə inandıqları şəxslərin evlərini partladırlar. Yalnız son 48 saat ərzində bu basqınlarda 6 nəfərin evi partladılıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr