Futbol üzrə Şotlandiya çempionatında 2024/2025 mövsümünün qalibi bəlli olub.
Bizim.Media xəbər verir ki, "Seltik" 34-cü turda növbəti qələbəsini qazanaraq çempionluğunu rəsmiləşdirib.
"Keltlər" səfərdə "Dandi Yunayted"i 5:0 hesabı ilə məğlub ediblər. Bununla da, ən yaxın izləyicisi "Reyncers"i 18 xal qabaqlayan "Seltik" 55-ci dəfə baş mükafata sahib olub.
Qeyd edək ki, "Seltik" bu uğur nəticəsində çempion sayında "Reyncers"ə çatıb. Hər iki komandanın hesabında 55 titul var.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta