İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Yaralananların sayı isə 750 nəfərə çatıb. Bildirilib ki, yanğın hələ də tam söndürülməyib.
Limanında daha çox konteyner partlayışı qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, bir neçə dəqiqə əvvəl alov bir sıra konteynerlərə çatıb və bu, onların partlamasına səbəb olub.
Liman ərazisində yanğının intensivliyi xeyli artıb./APA
Tarix: 26 Aprel 2025, 22:34