Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Zirə” səfərdə “Kəpəz”lə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Qeyd edək ki, daha öncə keçirilmiş “Turan Tovuz” – “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1.
“Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” oyunları sabah, “Sumqayıt” – “Neftçi” görüşü aprelin 28-də keçiriləcək.