Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.
Bu barədə KONKRET.az-a regional təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.
KONKRET.az