Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ Prezidenti Donald Trampla danışdıqdan sonra Fransa lideri Emmanuel Makron ilə nizamlanma prosesini müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Volodimyr Zelenski və Emmanuel Makron gələcək sülh səylərini müzakirə etmək üçün təkbətək görüşdədirlər", - Sibiqa yazıb.
O, iki prezidentin söhbət zamanı lentə alınan fotosunu yayıb. Əlavə məlumat verməyib.