YEVLAX, 26 aprel. TELEQRAF
Yevlaxın Dəlləklər kəndində tövlə yanıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi Aqil Əhmədova məxsus tövlədə baş verib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu ram edərək, 110 kvadratmetrlik tövlə sahəsinin 50 kvadratmetrlik hissəsini yanğından mühafizə edib. Alovun bürüdüyü əsas hissədə isə yanan konstruksiyalarla yanaşı 4 baş iri buynuzlu heyvan yanaraq tələf olub.
Faktla bağlı araşdırma aparılır.