Bakı, 26 aprel, AZƏRTAC
Qanunsuz saxlanılan odlu silahların polis əməkdaşları tərəfindən əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində bir tapança və 407 ədəd müxtəlifçaplı patron tapılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.