AZ

Dünən AZƏRBAYCANDA bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

Aprelin 25-də vətəndaşların bank kartlarından pul oğurlanıb.



Bu barədə Referans- a Daxili İşlər Nazirliyindən məlumat verilib.



Bildirilib ki, aprelin 25-də ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 23 min 469 manat vəsait oğurlanıb. Hadisələr müxtəlif kiber üsullarla həyata keçirilib. Zərərçəkənlərin hesablarından 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61 və 9 manat məbləğlərində pul çıxarılıb.




Nazirlik vətəndaşlara bir daha xəbərdarlıq edib ki, kart məlumatlarını naməlum şəxslərə təqdim etməsinlər. Xüsusilə kartın üzərindəki CVV/CVC kodu, SMS-lə gələn OTP kodu, loqin və şifrələr, həmçinin PİN kodu kimi məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır.



Qurum əlavə edib ki, naməlum nömrələrdən gələn zənglər zamanı "qazanc təklifləri", "bank hesabınızın gücləndirilməsi", "viza və sığorta xidmətləri" kimi bəhanələrlə kart məlumatları tələb edilə bilər. Bu kimi hallarda ehtiyatlı olmaq və şəxsi məlumatların qorunmasına ciddi yanaşmaq tövsiyə edilir.

Seçilən
59
2
referans.az

3Mənbələr