AZ

Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sayı açıqlandı

Bakı. Trend:

Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan3 800 şəxs var.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar əlillik səbəblərinə görə iki qrupabölünür:

  • Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməkləəlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);
  • Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanşəxslər (1800-dək şəxs).

Vurğulanıb ki, Nazirlik tərəfindən:

  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərmənzil və avtomobillə təmin olunur;
  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərəPrezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə(II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330manat) ödənilir;
  • Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyiolan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcəgözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;
  • Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıqpensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinəthazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır)ödənilir;
  • Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərPrezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;

Qeyd edilib ki, həmçinin hər iki qrupa aid əlilliyi olanlarınmüalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobılqəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxudvəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasınınnəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərindispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təminedilir.

Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketiçərçivəsində pensiyaların orta aylıq məbləği 2,6 dəfə, müavinət vətəqaüd ödənişləri isə 5 dəfə artıb.

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərinreabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinəyollayışla təminatı və s. istiqamətlərdə də işlər aparılır.

Seçilən
0
13
az.trend.az

10Mənbələr