Bu barədə mk.ru məlumat yayıb.
Bu "şirin" rekord Yusif Əl-Qatunun rəhbərliyi ilə 20 nəfərlik aşpaz komandası tərəfindən hazırlanıb. Tortun hazırlanmasına 4 min ədəd yumurta, 350 kq çiyələk, 150 kq şəkər tozu və 415 kq qaymaq sərf olunub.
Nəhəng desertin hazırlanması bir həftə davam edib. Tort buz meydanında sərgilənib və hər kəsə onu dadmaq imkanı yaradılıb.