BAKI. 25 aprel. TELEQRAF
Balakən rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Balakən rayonunun Katex kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Qax rayonunun Tanqıt kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, mətbəxinin lambirdən ibarət tavanı 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.