AZ

 “Əli və Nino” kitabı Ukrayna dilində…

Azərbaycan Milli Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Ukrayna dilində çap olunan “Əli və Nino” əsərinin təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın dini və etnik icmalarının nümayəndələri, ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlər, tələbələr, BBMM-in və Azərbaycan Milli Kitabxanasının əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan və Ukraynanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
BBMM-in icraçı direktoru Rəvan Həsənov məlumat verib ki, “Əli və Nino” əsəri ötən illər ərzində udi, talış, ləzgi və tat dillərinə tərcümə edilərək çap olunub.

İcraçı direktor bilririb ki, kitab bu dəfə Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə tərcümə olunub. O vurğulayıb ki, əsərin Ukrayna dilinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Çünki xalqlar arasında əlaqələrin möhkəmlənməsində, onların bir-birini daha yaxından tanımasında ədəbiyyat vacib rol oynayır.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev diqqətə çatdırıb ki, Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrinin inkişafında ədəbiyyatın rolu danılmazdır. Azərbaycan və Ukrayna zəngin ədəbi ənənələrə malik ölkələrdir. Hər iki xalqın ədəbiyyatında vətənpərvərlik, azadlıq, ədalət və insanlıq dəyərləri, sevgi ön plandadır. “Əli və Nino” əsəri də bütün bu keyfiyyətləri özündə birləşdirən ədəbiyyat nümunəsidir.

Səfir vurğulayıb ki, Ukrayna yazıçılarının əsərlərinin Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərlərinin isə Ukrayna dilinə tərcümə olunması qarşılıqlı tanıtımı və anlaşmanı gücləndirir. Ona görə də bu istiqamətdə əməkdaşlığımızı davam və inkişaf etdirməliyik. 

Qeyd edək ki, Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri dünyanın 40-a yaxın dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib.

Seçilən
95
50
modern.az

10Mənbələr