AZ

İstilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirilir

Bakı. Trend:

“İstilik təchizatı haqqında” qanun layihəsində təsbit edilənəsas anlayışlar müəyyənləşib.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyəçıxarılıb.

Layihəyə əsasən, bu qanun istilik enerjisinin istehsalı,paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlıistilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatısektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasındayaranan münasibətləri tənzimləyəcək, istilik təchizatının hüquqi,iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalarıifadə edəcək:

  • fərdi istilik sistemi – istehlakçı tərəfindəntikinti obyektinin fərdi şəkildə istilik təchizatının həyatakeçirilməsi üçün quraşdırılan və istismar edilən qurğularınməcmusu;
  • istilik daşıyıcısı – istilik təchizatısistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilənistilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su,buxar);
  • istilik enerjisi – istilik daşıyıcılarınıntermodinamik parametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirəbilən enerji resursu;
  • istilik enerjisinin istehlakçısı (bundan sonra –istehlakçı) – öz ehtiyacları üçün istilik enerjisini satınalan məişət və ya qeyri-məişət istehlakçısı;
  • istilik enerjisinin istehsalçısı (bundan sonra –istehsalçı) – istilik enerjisinin istehsalı ilə məşğulolan hüquqi və ya fiziki şəxs;
  • istilik enerjisinin istehsalı – kimyəvienerjinin (yanacaq), elektrik və ya digər enerji növlərinin istilikenerjisinə çevrilməsi prosesi;
  • istilik enerjisinin paylanması – ötürülməsi dədaxil olmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılaraçatdırılması;
  • istilik enerjisinin paylayıcısı (bundan sonra –paylayıcı) – şəbəkə ilə istilik enerjisinin paylanmasını(o cümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;
  • istilik enerjisinin satıcısı (bundan sonra –satıcı) – istilik enerjisinin pərakəndə satışını həyatakeçirən hüquqi və ya fiziki şəxs;
  • istilik enerjisinin satışı – istilikenerjisinin alqı-satqı müqaviləsi əsasında satışı;
  • istilik qurğusu – istilik enerjisininistehsalı, paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilənqurğular;
  • istilik təchizatı – istilik enerjisininistehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışıfəaliyyətləri;
  • istilik təchizatı obyektləri – istilikenerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi)prosesində istifadə olunan istilik mənbələri, şəbəkələr, bina vəqurğular;
  • istilik təchizatı sistemi – istilik mənbələri,şəbəkələr və istilik istehlakı qurğuları kompleksi;
  • istilik təchizatı subyektləri – istilikenerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışıilə məşğul olan fiziki və ya hüquqi şəxslər, o cümlədən təbiiinhisar subyektləri;
  • kommersiya uçotu – istiliyin və isti suyunsatışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlıhesablaşmaların aparılması məqsədilə istiliyin və isti suyunölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldəedilən istiliyin termodinamik parametrləri və isti suyun həcmihaqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsiprosesi;
  • kommersiya uçotu qaydaları – istilik təchizatısubyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili vətəmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edənqaydalar;
  • qeyri-məişət istehlakçısı – aşağıdakı maddədənəzərdə tutulan istehlakçılar istisna olmaqla digəristehlakçı;
  • məişət istehlakçısı – yaşayış evlərində vəmənzillərdə, o cümlədən Mənzil Məcəlləsinin 91-ci maddəsindənəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayışsahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilikenerjisindən istifadə edən fiziki şəxs;
  • mərkəzləşdirilmiş istilik sistemi – bir və yabir neçə istilik mənbəyindən, şəbəkələrdən (xarici istilikkəmərlərinin diametrindən, sayından və uzunluğundan asılıolmayaraq) və istehlakçılardan ibarət olan sistem;
  • şəbəkə – istilik enerjisinin paylanması (ocümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğularıkompleksi;
  • texniki şərtlər – istilik enerjisi ilə təchizedilməsi nəzərdə tutulan tikinti obyektində istilik istehlakıqurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulmasıvə ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərininhazırlanmasına əsas verən istilik və isti su təchizatı ilə bağlımühəndis-texniki parametrləri özündə əks etdirən texnikisənəd;
  • tənzimləyici – istilik təchizatı sektorundadövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusuqanunla müəyyən edilən qurum.

Bu qanunda istifadə olunan digər anlayışlar AzərbaycanRespublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmişmənaları ifadə edəcək.

İstilik təchizatı haqqında Azərbaycan Respublikasınınqanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrdən, bu qanundan, “Energetika haqqında” AzərbaycanRespublikasının Qanunundan və Azərbaycan Respublikasının istiliktəchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardanibarət olacaq.

Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlımünasibətlər “Ələt azad iqtisadi zonası haqqında” AzərbaycanRespublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənəcək.

Bu qanun istilik və isti su təchizatı məqsədilə istilikenerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyatakeçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlətorqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamilolunacaq.

Bu qanun istehlakçının (layihələndirmə zamanı fərdi istiliksistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayışbinalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayıştəyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatınqarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması vəonun istismarı ilə əlaqədar münasibətlərə şamil edilməyəcək.

Bu qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuşhallarda məsuliyyət daşıyacaqlar.

Bəzi maddələr istisna olmaqla, bu qanun dərc edildiyi gündənqüvvəyə minəcək.

Bu qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativxarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatı sektorundayaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar vənormativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayacaq və həminaktların tələblərinə riayət olunmalıdır.

Seçilən
23
7
az.trend.az

4Mənbələr