İtaliya A Seriyasının 34-cü turunda aprelin 26-da keçirilməsi planlaşdırılan üç qarşılaşma qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
90deqiqe.Az xəbər verir ki, oyunların təxirə salınmasına səbəb Roma Papası Fransiskin vəfatı olub. Katolik dünyasının ali dini rəhbəri 89 yaşında dünyasını dəyişib. Bununla əlaqədar İtaliyada beş günlük matəm elan edilib.
İtaliyanın Mülki Müdafiə və Dəniz Siyasəti Naziri Nello Musumeci məsələ ilə bağlı açıqlamasında bildirib: “Şənbə günü keçirilməsi planlaşdırılan oyunlar ləğv edilib.”
Təxirə salınan qarşılaşmalar aşağıdakılardır:
"Komo" – "Сenoa"
"İnter" – "Roma"
"Latsio" – "Parma"
Hazırda bu oyunların nə vaxt keçiriləcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb. İtaliya Futbol Federasiyası yaxın günlərdə yeni tarixləri müəyyənləşdirəcək.