AZ

İngiltərə nəhəngi 70 milyonluq hücumçu üçün hərəkətə keçdi

"Sportinq"in hücumçusu Viktor Qyőkereş karyerasını "Arsenal"da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu 26 yaşlı isveçlinin yay transfer pəncərəsində mümkün transferi ilə bağlı danışıqlara başlayıb. İsveçli forvardın dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Bu mövsüm Qyőkereş 46 oyun keçirib, 47 qol vurub və 11 məhsuldar ötürmə edib.

Seçilən
14
24
publika.az

10Mənbələr