Misli Premyer Liqasında XXXII tura aprelin 25-də start veriləcək.

Offsideplus.az xəbər verir ki, dörd günü əhatə edəcək qarşıdakı tur ərəfəsində Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərlə bağlı statistikanı təqdim edib.

Rəqəmlərə nəzər saldıqda, növbəti turda "Turan Tovuz", "Zirə" və "Qarabağ"ın favorit olduğunu söyləmək olar.

Autsayder "Səbail" "Araz-Naxçıvan"dan xal ala bilər.

"Neftçi"nin "Sumqayıt"la matçı isə prinsipial olacaq. Çünki "ağ-qaralar"ın baş məşqçi Samir Abasov keçmiş komandasına qarşı mübarizə aparacaq. 

XXXII tur

25 aprel (cümə)

“Turan Tovuz” – “Şamaxı” – 7 oyun, +4=2-1, top fərqi – 10-8

“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” son iki görüşdə uduzub.

26 aprel (şənbə)

“Kəpəz” – “Zirə” – 23 oyun, +3=8-12, top fərqi – 17-35

“Kəpəz” son 15 matçda qələbə qazanmayıb. 4 oyundur qol buraxmayan “Zirə” son 5 görüşdə qalib gəlib.

27 aprel (bazar)

“Səbail” –  “Araz-Naxçıvan” – 7 oyun, +2=3-2, top fərqi – 8-8

“Araz-Naxçıvan” son 3 qarşılaşmada uduzmayıb. “Səbail” doğma meydanda son 2 matçında qələbə qazanmayıb.

“Sabah” – “Qarabağ” – 26 oyun, +2=9-15, top fərqi – 23-49

“Qarabağ” son 9 oyunda qol vurub. Son iki matç heç-heçə bitib.

28 aprel (bazar ertəsi)

“Sumqayıt” – “Neftçi” – 50 oyun, +15=11-24, top fərqi – 54-75

Son iki qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt” son iki ev görüşündə qələbə qazanıb.