Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr davam edir...
Mövzu ilə bağlı son açıqlamanı ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq verib.
Fox News-a danışan Kelloq, Ukraynada mümkün sülh və ölkənin NATO prosesi ilə bağlı qiymətləndirmələr edib.
O, ABŞ-nin QLOBAL kontekstdə iştirak etməli olduğu bir çox məsələlərə diqqət çəkib.
Kelloq bildirib ki, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır.