AZ

Birjadan Bank "BTB"nin istiqrazları barədə qərar

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin 3 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  Bank "BTB" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005009447

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  3 000 ədəd

İlkin ticarət qiyməti:  1000 manat

İstiqrazların buraxılış həcmi:  3 000 000 manat

İllik gəlirlilik faizi:  14%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti: 7 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “Assist Finance İ.Ş.” ASC

Seçilən
44
2
marja.az

2Mənbələr