AZ

Azərbaycan və Vyetnam XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Vyetnam Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr aparılıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın xarici işlər nazirinin müavini Lu Tu Hangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Vyetnam arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

İki ölkə arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ASEAN çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyətinə diqqət çəkilib.

Seçilən
21
12
aznews.az

10Mənbələr