AZ

Trampın andiçmə mərasiminin ən böyük donoru o imiş…


ABŞ-nin ən böyük quşçuluq şirkətlərindən biri olan “Piligrim's Pride” Amerika lideri Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə rekord məbləğdə 5 milyon dollar ianə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə günü “The Wall Street” qəzeti məlumat yayıb.
Məlumata görə, kriptovalyuta şirkətləri də donorların ilk sıralarındadır: “Ripple” (təxminən 5 milyon dollar), “Robinhood Markets” (2 milyon dollar), “Coinbase Inc.” (1 milyon dollar).
Trampın inauqurasiya mərasimi üçün neft şirkətləri də böyük məbləğdə vəsait ayırıblar. Belə ki, Trampın inauqurasiya komitəsi neft və qaz nəhəngi “Chevron”dan 2 milyon dollar, “Exxon Mobil”, “Occidental Petroleum” və “ConocoPhillips”dən isə hər biri üçün 1 milyon dollar yardım alıb.
Eyni məbləği əczaçılıq sənayesindən “Bayer Corporation”, “Phizer”, “Merck & Co.” şirkətləri, eləcə də “PhRMA” assosiasiyası ayırıb.  
Sənədlərdə həmçinin, texnologiya nəhəngləri “Nvidia”, “OpenAI” və “Meta” da var. “Amazon” pərakəndə satış şəbəkəsi, “Delta Air Lines” aviaşirkəti, “Boeing” təyyarə istehsalçısı və “McDonald's” fast food şəbəkəsi də Trampın inauqurasiya mərasimi üçün hər biri 1 milyon dollar ianə edib.  
Seçilən
110
1
yeniavaz.com

10Mənbələr