Aİ ölkələri Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara cəlb edilməlidir ki, Avropa sanksiyalarının ləğvi yekun sülh sazişinin tərkib hissəsi olsun. Vətəninfo.az xəbər verir ki , bunu ABŞ dövlət katibi Marko Rubio Fransanın Le Burje hava limanında Parisdə Fransa və Britaniya hakimiyyət orqanları ilə danışıqların nəticələrini yekunlaşdırarkən jurnalistlərə deyib.
“Rusiyaya qarşı sanksiyaların bəziləri… Bunlar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardır. “Biz onları ləğv edə bilmərik” dedi Rubio. “Beləliklə, bu (sanksiyaların ləğvi) razılaşmanın bir hissəsi olacaqsa, onlar (Aİ ölkələri) (danışıqlarda) iştirak etməlidirlər”.
TASS xatırladır ki, Rusiya prezidenti Vladimir Putin Rusiya biznesinin artıq sanksiyalar altında işləməyi öyrəndiyini və Rusiya ilə işləmək istəyən xarici tərəfdaşlarla əməkdaşlıq üçün alternativ mexanizmlər həyata keçirə bildiyini qeyd edib.