AZ

Ançelotti "Real Madrid"dəki gələcəyi haqqında DANIŞDI - YENİLƏNİB

İtaliyalı Karlo Ançelotti İspaniya Futbol Kubokunda "Barselona" ilə final matçından sonra "Real"ın baş məşqçisi vəzifəsini tərk edəcək.
 
Oxu.Az-ın məlumatına görə, bu barədə "Sky Sports" telekanalı xəbər verir.
 
İspaniya Kuboku finalı 26-dan 27-nə keçən gecə Sevilyada keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.
 
Mənbənin məlumatına görə, Braziliya Futbol Konfederasiyası mütəxəssisin xidmətləri ilə maraqlanır.
 
Ançelotti 2013-2015-ci illərdə "Real"a rəhbərlik edib və 2021-ci ildə kluba qayıdıb. "Real" ilə birlikdə o, İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu və bir dəfə superkuboku qazanıb, iki dəfə UEFA Superkuboku və klub dünya çempionatını qazanıb. Ançelotti Avropanın beş ən güclü milli çempionatının hər birini qazanan ilk məşqçi olub. Karyerası boyunca italiyalı mütəxəssis həmçinin İngiltərənin "Çelsi", Almaniyanın "Bavariya", İtaliyanın "Milan" və Fransanın PSJ klublarını milli çempionatlarda qələbələrə aparıb. 65 yaşlı italiyalı mütəxəssis Çempionlar Liqasını beş dəfə qazanan yeganə məşqçidir.
 
15:10
 
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti, komandanın 2024/2025 mövsümünün Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a ümumi hesabda 1:5 (0:3, 1:2) hesabı ilə uduzmasından sonra mövsümün qalan hissəsi üçün hədəfləri barədə fikirlərini bölüşüb.
 
Moderator.az Oxu.az-a istinadən bildirir ki, bu barədə AS xəbər yayıb.
 
Məğlubiyyətə baxmayaraq, italiyalı mütəxəssis komandanın qarşısında duran digər vacib məqsədləri vurğulayıb.
 
"Bu vəziyyətlə necə başa çıxırıq? Hazırda La Liqa titulu uğrunda mübarizə aparırıq. Bəli, geridəyik, amma qarşıda "Barselona" ilə matç var. Həmçinin kubokun finalı və bu mövsümdə klublararası dünya çempionatı var. Başımızı dik tutmalı və səhvlərimizdən dərs almalıyıq. Mənim gələcəyimə gəldikdə isə... Mən gələcəyimin necə olacağını bilmirəm və bilmək istəmirəm..."
 
Qeyd edək ki, bir sıra nüfuzlu mediada Ançelottinin cari mövsümün sonunda "Real"ı tərk edəcəyi barədə xəbərlər yayılıb.
 
"Real Madrid" 2019/2020 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksələ bilməyib.
 
"Arsenal" isə, öz növbəsində, 16 ildən sonra ilk dəfə əsas Avropa kubok turnirinin ən güclü dördlüyünə düşüb.
Seçilən
190
8
moderator.az

10Mənbələr