AZ

Yeddi OPEC+ ölkəsi artıq neft hasilatını kompensasiya edəcək

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) yeddi OPEC+ ölkəsindən – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan və Omandan artıq neft hasilatının kompensasiyası ilə bağlı yenilənmiş planlar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, bu ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər gündəlik 4,572 milyon barrel həcmində artıq neft hasilatını kompensasiya etməlidirlər. Həmin dövr ərzində Rusiya gündəlik 691 min barrel neft hasilatını kompensasiya etməlidir.

Qeyd edək ki, öncədən könüllü neft hasilatının azaldılması öhdəliyi götürən səkkiz OPEC+ ölkəsi aprelin 3-də onlayn görüş keçirib. Görüşün yekununda neft hasilatının gündəlik 411 min barrel artırılması qərara alınıb.

Seçilən
91
14
sherg.az

10Mənbələr