AZ

Aktyor teatrdan nə qədər maaş alır? - "2 min qazansa, adımı dəyişərəm"

Aktyor Cavidan Novruz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından aldığı maaşla bağlı sualı cavablandırıb.

Müğənni İlhamə Qasımova isə ona "2 min qazansa, adımı dəyişərəm" reaksiyasını verib.

Cavidan isə "Hər gün tamaşa olsa... Digər işlərimi görə bilmərəm. Tamaşa sayının maaşa aidiyyatı yoxdur. Status söhbəti var. Gənc aktyoram, ona uyğun maaş alıram. Ölkənin ən önəmli teatrında çalışıram. Eyni zamanda atam Ramiz Novruzun işlədiyi teatrdayam, önəmlisi budur. 2 min manat olmasa da, yarısını alıram" cavabını verib./Axşam.az

Seçilən
24
5
mia.az

10Mənbələr