AZ

Aquero: “Yamal müasir “Barselona” üçün Messidir”

“Barselona”nın keçmiş hücumçusu Serxio Aquero ispaniyalı Lamin Yamalla argentinalı Lionel Messinin müqayisə edilməsini cavablayıb.

Arena.az argentinalı veteran futbolçunun müvafiq cavabını təqdim edir:

“Özlüyündə Yamal müasir “Barselona” üçün Messidir. Amma onları müqayisə etmək çətin ki, mümkün ola. Messi yeganədir – yekdir”, deyə Aquero vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 14 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 95 oyun, 21 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
137
13
arena.az

9Mənbələr