AZ

"Sənətkarı küçə adamlarıyla müqayisə etməyin!” - Əməkdar artist

Əməkdar artist Lalə Məmmədova aparıcılara səsləndi: “Sənətkarı küçə adamlarıyla müqayisə etməyin!”

News365.az xəbər verir ki, əməkdar artist Lalə Məmmədova televiziya aparıcılarına sərt mesaj ünvanlayıb. O, sənət adamlarına qarşı səsləndirilən tənqidi fikirlərə etiraz edib:

“Üzümü aparıcılara tutub deyirəm ki, bu sözü ağzınıza alıb deməyin ki, sənətkar reytinq vermir. Sənətkar sənətində artıq reytinqini verib. Siz oturub bazar söhbətlərinə qulaq asanda o sənətkarlar hüdudlardan kənarda vətənini təmsil edib, bayrağını yüksəldib. Siz sənətkarları küçə adamlarıyla müqayisə etməyin.”

Sənətkar muğamın, ifa mədəniyyətinin ucalığını vurğulayaraq, sənətin qeyri-peşəkar şəxslər tərəfindən təhrif olunmasından narahatlığını dilə gətirib:

“Biri xoruz buraxa-buraxa muğam oxuyur, deyir oxuyuram. Başqa biri başqa bir şey edir. Buraxın, sənətlə sənətkarlar məşğul olsun.”

Lalə Məmmədovanın bu çıxışı sosial şəbəkələrdə və sənət cameəsində geniş rezonans doğurub.

Seçilən
79
8
news365.az

9Mənbələr