AZ

Araz çayından keçərək Ermənistana getmək istəyən şəxsin axtarışına başlanıldı

Türkiyə-Ermənistan sərhədini qarşı tərəfə keçmək istəyən Türkiyə vətəndaşı itkin düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, itkin düşən 28 yaşlı İsmayıl Adır sərhədi qanunsuz keçmək istəyən 4 dostdan biridir. 

Onun Araz çayına düşdüyü ehtimal edilir. Dostları axının onu apardığını görüb və dərhal jandarmaya xəbər veriblər. 

Gəncin tapılması üçün araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu 

Seçilən
79
16
unikal.az

9Mənbələr