AZ

“Bu gün Azərbaycan Türkiyə ilə birlikdə Kipr türkəlrinə dəstək verir”

“Cənab Prezidentin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söylədiyi fikirləri bir daha göstərir ki, “bizim aləmiz Türk dünyasıdır və bizim yerimiz Türk dünyasındadır” ideyasına daim sadiqdir və Türk birliyinin yaranmasında, Türk dövlətlərinin integrasiyası üçün var gücü ilə çalışır”.

Bu fikirləri “Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli Herbiand.az-a açıqlamasında bildirib.

Emin Həsənli Türk birliyinə aparan yolda ilk addımın da məhz Azərbaycanda, Naxçıvanda 2009-cu ildə atıldığını yada salır.

“Türk birliyinin yaradılması yolunda aparıcı rolu Azərbaycan və Türkiyə oynayır. Eyni zamanda Azərbaycan dövləti hər zaman Şümalı Kipir Türk cümhüriyyətində öz haqlarını əldə etməsi üçün, tanınması üçün siyasi, və mənəvi dəstəyi verir. Prezident Ersin Tatarın Azərbaycana dəvət olunması Türkiyədə Prezident İlham Əliyevlə görüşməsi, Şuşaya səfəri, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusda iştirak etməsi bunun bariz nümunəsidir.

Koalisiya rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyevin son beynəlxalq forumda çıxışı zamanı Şimali Kipr Türk Cümhuriyyəti barədə dedikləri böyük ümidlər yaradır.

“Prezidentin söylədiyi fikirlər ümid yaradır ki, Şimali Kipr Türk Cümhuriyyəti bütün dünya tərəfindən tanınacaq və Türk Dövləti Təşkilatının daimi üzvü olacaq. Bununla da Türk dövlətləri sırasında öz layiqli yerini tutacaq.

Kipr türkləri təzyiqlərə, soyqırmaq, məruz qalıblar. Mübarizə apararaq, Türkiyənin dəstəyi ilə öz dövlətlərini qurublar. Bu gün artıq onlara tək Türkiyə yox, Azərbaycan da dəstək verir və ümid edirik ki, gələcəkdə bütün Türk dövlətləri bu istiqamətdə fəaliyyətlərini genişləndirəcək və Kipr türklərinə lazım olan dəstəyi verəcəklər”.

Emin

Seçilən
91
25
herbiand.az

10Mənbələr