AZ

Ağdamda maşın yandı

Ağdamda minik maşını yanıb.
 
Moderator.az xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib. Yol kənarında dayanan “VAZ-2106” markalı minik maşını yanaraq yararsız hala düşüb.
 
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun ətraf tikililərə və digər maşınlara keçməsinin qarşısını alıblar. Xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
22
18
moderator.az

10Mənbələr