“"Əmək pensiyaları haqqında" Qanunda güzəştli şərtlərlə pensiya hüququ eyni zamanda keyfiyyət meyarları ilə təmin edilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir.
5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Lakin bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin" - deyə millət vəkili bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta