TR

Məşhur film ekranlara qayıdır

Rejissor Çad Staxelski "Dağlı" (Highlander) filminin yeni versiyasının çəkilişlərinin bu ilin sentyabrında başlayacağını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb.

"Əgər hər şey plana uyğun gedərsə, çəkilişlərə təxminən sentyabrda başlayacağıq. 2027 və ya 2028-ci ildə isə siz "Dağlı" filmini izləyəcəksiniz", - deyə o bildirib.

Filmin baş rolunda Henri Kevil çıxış edəcək. Rejissor süjetin dəyişdiriləcəyini, lakin orijinal mifologiyanın qorunacağını və hekayənin daha geniş şəkildə təqdim olunacağını açıqlayıb.

"Biz hadisələri 1500-cü illərin əvvəllərindəki yüksək dağlıq ərazilərdən müasir Nyu-York və Honkonqa köçürəcəyik və nəticəni görəcəyik", - deyə rejissor izah edib.

1986-cı ildə ekranlara çıxan orijinal "Dağlı" filmində əsas rolu - şotland döyüşçüsü Konnor Maklaud obrazını Kristofer Lambert canlandırıb.//oxu.az


Seçilən
0
news24.az

1Mənbələr