RU

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

Bakı. Trend:

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC GSMAtəşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakınıqürurla elan edir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğunedirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayenisıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətindəçalışacaq.

“Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyatkeyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyindəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur.İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslərölkəmizin davamlı inkişafına töhfə verəcək”, deyə “AzercellTelekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramınəhəmiyyətini vurğulayıb.

İqlim Fəaliyyəti dünya üzrə 60-dan çox operator qrupunu birplatformada toplayıb. Bu proqram çərçivəsində GSMA və Azercell dədaxil olmaqla sənaye liderləri 2050-ci ilə qədər sıfır karbonemissiyası statusunun əldə edilməsinə qlobal səviyyədə öz töhfəsiniverməyi və bununla da iqlim böhranının həllinə dəstək olmağıhədəfləyirlər.

Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləriistiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihazvə avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativtexnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobilrabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremalhava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsikimi geniş mövzuları əhatə edir.

Qeyd edək ki, GSMA müsbət biznes mühiti və sosial dəyişikliyinəsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqiüçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır.

“Azercell Telekom” MMC iqlim dəyişikliyinin mənfi təsirininazaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlamgələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərəfəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadəedir.

Избранный
45
25
az.trend.az

10Источники