RU

Cəvahir Qaraqızının imza günü - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyi, İraq Tükmən Yazarlar Birliyinin üzvü, Məhsəti Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, o, "Qızıl Qələm" mükafatının laureatıdır. Eyni zamanda "Heydər Zirvəsi", "İlhamla Zirvəyə" medalları ilə təltif olunub.

Türkiyədə "İki Dövlət, Bir Millət" antologiyasında qalib olub.
 

"Turana Doğru" "Sevdalım" "Əsrin Öndəri" "Dünya Yaxşılarındır" "Aprel Döyüşləri" kitablarının müəllifidir.


Bununla yanaşı Məhsəti Şairlər Məclisi İctimai Birliyinin antologiyalarının imza günü baş tutub.

Birlik müxtəlif yazar və şairlərin əsərlərindən ibarət "Şam İşığı", "Canım Azərbaycanım", "Zəfəri Qazananlar", "Sevdalı Dünyamız", "Vətən" toplularını təqdim edib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Избранный
0
30
bizim.media

10Источники