RU

Mbappedən 2 rekord

İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe iki rekorda imza atıb.

Apasport.az xəbər verir ki, fransalı futbolçu bunu ötən gün La Liqanın XXXIV turunda “Real Sosyedad”la matçda reallaşdırıb.

Fransalı hücumçu debüt mövsümündə "Real"ın heyətində bütün yarışlarda 43 qol vurub ki, bu da yeni klub rekordu kimi qeyd alınıb. Daha əvvəl bu nailiyyət sabiq çilili hücumçu İvan Samoranoya (37) məxsus idi.

Həmçinin Mbappe La Liqada vurduğu 31 qolla analoji rekorda imza atıb. Əvvəlki rekordun sahibi 27 qolla Alfredo Di Stefano idi.

Qeyd edək ki, qarşılaşma Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qola K.Mbappe imza atıb.

Arda Turan “Eyüpspor”u tərk etdi

Almaniya kubokunun qalibi müəyyənləşdi

“Monako” “Barsa”nın futbolçusu ilə maraqlanır

Salah ən yaxşı adına layiq görüldü

“Qalatasaray”dan Yunanıstan klubuna

Избранный
0
1
apasport.az

10Источники