RU

Sumqayıtlı şairlər Bakıda şeir oxudular - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Sumqayıtdan salamlar" adlı poeziya saatı keçirilib.

Bizim.Media xəbər verir ki, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslının moderatorluğu ilə baş tutan tədbirdə bir sıra Sumqayıtdan olan şairlər çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI

Əfşan Yusifqızının imza günü keçirildi - FOTO


Çağdaş ədəbiyyat nümayqndələri - Lilpar Cəmşidqızı, Hikmət Fərzəli, Namiq Müslümov, Xan Rəsuloğlu, İlhamə Müslümova, Elvin Əlizadə öz yaradıcılıq nümunələrini səsləndiriblər.

Tədbir səmimi poeziya mühitində baş tutub və iştirakçıların marağına səbəb olub.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Избранный
0
30
bizim.media

10Источники