RU

İlham Əliyev Misir Senatının sədrini qəbul edib – Yenilənib


Prezident İlham Əliyev Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Abdel Vahab Abdel Razeq vurğuladı ki, Misir Prezidenti dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş edib.
Senatın sədri Azərbaycanla Misir arasında əlaqələrin tarixi və dostluq xarakteri daşıdığını deyərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləklərini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin Azərbaycana, özünün isə Misirə səfərini, bu səfərlər çərçivəsində Misir Prezidenti ilə görüşlərini və apardığı müzakirələri məmnunluqla xatırlayıb.
Görüşdə əlaqələrimizin inkişafında iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rola malik olduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 


***11:06
Prezident İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 


Избранный
0
28
yeniavaz.com

10Источники