RU

Yazıçı Gülmaya Feyruzqızının imza günü keçirildi - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Gülmaya Feyruzqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, həm poeziya, həm də nəsr janrında yazan Gülmaya Feyruzqızı Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

MÖVZU İLƏ BAĞLI:

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu gün Özbəkistana həsr olunub - FOTO

 


O, "Hacı İntiqam - 75- Ömür səhifəsi", Birinci Qarabağ müharibəsindən bəhs edən "Bataqlıq", şəhid qardaşı Ayaz İsmayılova həsr etdiyi " Şəhid bacısıyam" , "Sözümün lalə dövrü", Güney Azərbaycan mövzularından bəhs olunan "O tayda Elyazlar" kitablarının müəllifidir.

Şuşa ilə bağlı yazdığı romanı isə çapa hazırlanır.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.





Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Избранный
0
30
bizim.media

10Источники