RU

Misir Senatının sədri Azərbaycana gəldi

Misir Ərəb Respublikası Senatının sədri Əbdül Vahab Əbdül Razeqin başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də Azərbaycan rəsmi səfərə gəlib.

Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi və nümayəndə heyətini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Əbdül Vahab Əbdül Razeqin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər mayın 28-də başa çatacaq.

Избранный
0
42
axar.az

10Источники