RU

Əgər bu qan qrupuna aidsinizsə yayda DİQQƏTLİ OLUN

Yay aylarında bir çox insan ağcaqanadların hədəfinə çevrilir.

 

Bəs niyə bəziləri daha çox dişlənir?

 

Aparılan elmi araşdırmalara görə, ağcaqanadlar bəzi qan qruplarını digərlərinə nisbətən daha çox cəlbedici hesab edir.

 

Mütəxəssislərin fikrincə, 0 (sıfır) qan qrupuna sahib insanlar digər qan qruplarına nisbətən ağcaqanadların daha çox diqqətini çəkir. Araşdırmada qeyd olunur ki, ağcaqanadlar dəridəki kimyəvi siqnalları və qoxuları analiz edərək hədəflərini seçirlər. 0 qan qrupu olan insanların dərisindən yayılan qoxular və bəzi fermentlər ağcaqanadları daha çox cəlb edir.

 

Digər tərəfdən, A qan qrupuna sahib şəxslərin bu baxımdan daha çox "şanslı" olduğu bildirilir - çünki ağcaqanadlar onları daha az seçir.

 

Elm adamları həmçinin bildirirlər ki, qan qrupu ilə yanaşı, bədən istiliyi, tərin tərkibi və nəfəs zamanı yayılan karbon qazı da ağcaqanadların seçiminə təsir edir.

 

Beləliklə, yayda daha çox ağcaqanad hücumuna məruz qalırsınızsa, bunun səbəbi təkcə qoxunuz deyil - qan qrupunuz da "günahkar" ola bilər./Milli.Az

Tarix: 24 May 2025, 15:59   
Избранный
0
3
pravda.az

10Источники