RU

“E-sosial” mobil tətbiqi vasitəsilə 23 mindən çox əmək müqaviləsi elektron şəkildə imzalanıb

Bakı, 24 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə, elektron qaydada 23,2 min əmək müqaviləsi imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mobil tətbiqə bu ilin mart ayında növbəti yenilik - əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar həmin müqavilələri elektron şəkildə (SİMA rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.

 

Избранный
0
7
azertag.az

10Источники