RU

E-qaydada imzalanan əmək müqavilələrinin sayı açıqlandı

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial”portalının mobil tətbiqi vasitəsilə e-qaydada artıq 23,2 min əməkmüqaviləsi imzalanıb.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, bu mobil tətbiqə cari ilin mart ayında növbətiyenilik - əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verənfunksiya əlavə olunub.

Qeyd edilib ki, işəgötürən tərəfindən təsdiq üçün təqdim edilənəmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın“Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar bu müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsalimza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalayabilirlər.

Əlavə olunub ki, bu yenilik əmək münasibətlərinin rəqəmsalmüstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesinidaha çevik və vətəndaşlar üçün əlçatan edir.

Избранный
0
16
az.trend.az

10Источники