Filippin sahilində 5,2 bal gücündə zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri San-Fernando şəhərindən 10 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kmdə dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.