RU

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Mayın 23-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Bu barədə Qaziler.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***

06:26

Bu gün Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, bu gün 49 ailə (232 nəfər) Kəngərli kəndinə köçürülüb.

Ağdam rayonundan – 31 ailə (151 nəfər), Ağcabədi rayonundan – 7 ailə (33 nəfər), Yevlax şəhərindən – 3 ailə (13 nəfər), Bakı şəhərindən –3 ailə (11 nəfər), Bərdə rayonundan – 2 ailə (11 nəfər), Mingəçevir şəhərindən –1 ailə (6 nəfər), Şəki rayonundan –1 ailə (4 nəfər), Oğuz rayonundan – 1 ailə (3 nəfər) Kəngərliyə yola salınıb.

Beləliklə bugünkü köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürülmüş olur.

 

Kəngərliyə köçənlər arasında olan Könül Ağayeva Ağdama övladları ilə birgə köçdüyünü deyib: “Övladlarımla birgə gedirəm. Böyük oğlum Qarabağ Universitetinin tələbəsidir. Balaca musiqi ilə məşğul olur. Mən də onlarla məşğul olacaq. Çox xoşbəxtəm.”

Köçənlər arasında olan Nəbiyev Davud da doğma elində musiqimizi yasadacağını deyib: “Çox sevincliyəm ki, elimə obama qayıdıram. Ağdamda öz musiqimizi təmsil edəcəyəm, öz musiqimizi yaşadacağam”.

 

Избранный
0
9
qaziler.az

10Источники