RU

Tramp: Rusiya və Ukrayna tezliklə əsir mübadiləsini həyata keçirəcək

BAKI, 23 may. TELEQRAF

Rusiya və Ukrayna yaxın zamanda genişmiqyaslı əsir mübadiləsi həyata keçirmək üzrə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

“Rusiya və Ukrayna əsir mübadiləsi mövzusunda razılığa gəliblər. Bu proses yaxın vaxtlarda baş tutacaq. Danışıqlarda iştirak edən hər iki tərəfi təbrik edirəm”, – paylaşımda deyilir.

Xatırladaq ki, tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi barədə razılığa gəlib.

Избранный
0
26
teleqraf.com

10Источники