RU

Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk DövlətləriTəşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşükeçirildi. Bu görüş türk dünyasının birliyinin növbəti təntənəsioldu. Belə ki, TDT-də müşahidəçi statusunda təmsil olunanölkənin-Macarıstanın ev sahibliyi ilə keçirilən Zirvə görüşüPrezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlətbaşçılarının qeyri-rəsmi Zirvə görüşlərinin hər il keçirilməsi iləbağlı irəli sürdüyü təşəbbüsə dəstəyin ifadəsi olduğunu bir dahanümayiş etdirdi. Bu təşəbbüsə uyğun olaraq ilk tədbir ötən iliniyulunda azad Qarabağın tacı, türk dünyasının və İslam dünyasınınmədəniyyət paytaxtı Şuşada keçirildi. Dövlət başçısı İlham ƏliyevBudapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışındaAzərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərəkonu da qeyd etdi ki, bu, Macarıstana 6-cı səfərimdir. Cənab Orbanisə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanınetibarlı strateji tərəfdaşıdır.

Macarıstanın Zirvə görüşünə ev sahibliyi onun türk dövlətləriilə hərtərəfli əməkdaşlığını daha da möhkəmləndirmək istəyininümayiş etdirir. Şübhəsiz, hər bir tədbirin əhəmiyyətinişərtləndirən əsas amillərdən biri müzakirə üçün seçilənmövzulardır. Bu baxımdan sözügedən Zirvə görüşünün mövzusu - “Şərqvə Qərbin Görüş Nöqtəsi” şüarı özündə Türk Dövlətləri Təşkilatınınəsas hədəfinin məhz Şərq və Qərb arasında körpü rolunu oynamaqolduğunu ehtiva edir. Təşkilatın fəal üzvü kimi Azərbaycanın malikolduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığaçevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunuoynadığı reallıqdır. Azərbaycanın xarici siyasətində türkdünyasının birliyi, həmrəyliyi prioritet yer tutur. Ölkəmizin bubirliyə, həmrəyliyə verdiyi töhfələr davamlıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, bu il Azərbaycan Türk DövlətləriTəşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlətbaşçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvəgörüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçünAzərbaycana dəvət etdi. Təbii ki, bu dəvət, həmçinin Azərbaycanıntürk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi,irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatınıngələcəyi ilə bağlı səsləndirilən əminliyin əməldə öz təsdiqinitapmasıdır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatınınböyük gələcəyi olacağına əminliyini ifadə etməklə yanaşı, belə birçağırışı da səsləndirmişdir ki, türk dünyası böyük ailədir. Bureallığı da nəzərə alsaq ki, hazırkı dövr yeni dünya nizamınınformalaşdığı bir dövrdür, bu halda türk dünyasının birliyininmöhkəmləndirilməsinin vacibliyi ilə bağlı çağırışların özündə mühümməqamları ehtiva etdiyini görmək çətin deyil. Bu ilin yanvar ayındadövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına ənənəvimüsahibəsində “Yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki,biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadırvə yaranacaq” söyləyərək onu da əlavə etmişdir ki, İkinci Dünyamüharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib.Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr vəsair hadisələr göstərir: “Eyni zamanda, aparıcı Qərb ölkələrindəsiyasi və mənəvi böhran da göz qabağındadır… Təbii olaraq, buboşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddioyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, bizhesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddigüc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insanresursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri vəbirlik vardır.”

Vüqar Rəhimzadə qeyd edib ki, Vətən müharibəsindəki tarixiZəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdənkənarda qalmır. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləmbir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türkdövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızdaaparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildəgörür. Azərbaycan xalqı böyük türk dünyasının önəmli bir parçasıolaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasındanfaydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdənsonsuz qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıqmünasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaqsoy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizinqarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan türkdövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə vəvahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və buistiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycanın türkdövlətlərinin birliyinə daha bir töhfəsi Orta Dəhliz layihəsidir.Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvəgörüşündəki çıxışında Azərbaycanın bu birliyə verdiyi töhfələrdəngeniş bəhs edərək bildirdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzvölkələrinə 20 milyard dollardan çox sərmayə qoymuşdur. Bu il Türkİnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdətutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımızgüclənir. Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturuna -avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına,gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələrqoyulub. Nəticədə açıq dənizlərə çıxışı olmasa da AzərbaycanAvrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.Bu məqam da xüsusi diqqətə çatdırıldı ki, Azərbaycan qonşuölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələrqurmuşdur. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5milyon tona çatdırılıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyükönəm verilir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyatəməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutanvahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərdavam etdirilir.

Milli Məclisin deputatı bildirib ki, Türk Dövlətləri Təşkilatınaüzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olmasıtəşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdənbiridir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnikköklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Zirvəgörüşünün sonunda imzalanan 71 bənddən ibarət BudapeştBəyannaməsində qeyd olunduğu kimi, Türk xalqlarının tarix boyudünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa vəAsiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini,türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosialtərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyətəsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nintəşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişininprinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini birdaha təsdiqləyiblər. Bəyannamədə TDT-nin müvafiq beynəlxalqtəşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə,mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini,bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaqmaraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlıəlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur. Azərbaycanın2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazırolduğu yüksək qiymətləndirilib.

Избранный
0
6
az.trend.az

7Источники