Salyan rayonunda qəbiristanlıq yanıb.
“Report”un məlumatına görə, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Hava küləkli olduğundan alov kənd qəbiristanlığına keçib.
Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 0,5 hektar sahə yanıb.
Faktla bağlı araşdırma aparılır.