
İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkə hesabında yazıb.
“İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”, - əl-Busaidi yazıb.