Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, cənub-qərb küləyi gündüz arabir güclənənşimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq.Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşəkçaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanxarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə suluqara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərbküləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti,dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.